BAKI, 17 sentyabr. TELEQRAF
ABŞ-nin Alyaska ştatında 6,3 maqnitudalı zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə, ocağı isə 83 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində insan tələfatı və ya dağıntılar barədə məlumat verilməyib.