BAKI, 13 avqust. TELEQRAF

Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkə Prezidenti Abelardo de la Espriella son məlumatları açıqlayarkən bildirib.

Prezidentin sözlərinə görə, təbii fəlakət nəticəsində 3 494 nəfər yaralanıb.

“Çox təəssüf ki, 265 nəfər həlak olub, 3 494 nəfər yaralanıb, itkin düşənlərin sayı isə narahatedici şəkildə artaraq 496-ya çatıb”, - dövlət başçısı bildirib.

Hazırda itkin düşən şəxslərin axtarışları davam etdirilir.