BAKI, 13 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nümayəndələr Palatasının Florida ştatından respublikaçı üzvü Anna Paulina Lunanın Konqresə yenidən seçilməsini dəstəklədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Anna Paulina Luna çox yaxşı dost, mübariz və qalibdir. Mən onun yenidən seçilməsini tam şəkildə dəstəkləyirəm”, - ABŞ Prezidenti bildirib.

Tramp qeyd edib ki, Luna digər məsələlərlə yanaşı, güc mövqeyindən sülhün təmin edilməsini müdafiə edir.

Anna Paulina Luna Rusiya ilə ABŞ arasında əlaqələrin və parlamentlərarası dialoqun bərpasının tərəfdarlarından biri kimi tanınır. Onun dəvəti ilə mart ayında Rusiya Dövlət Dumasının nümayəndə heyəti Vaşinqtonda işgüzar görüşlər keçirib. Bununla da uzun illər faktiki olaraq dondurulmuş Rusiya-ABŞ parlamentlərarası dialoqu yenidən başlayıb.

Luna iyulun sonunda bildirib ki, amerikalı qanunvericilərdən ibarət nümayəndə heyəti payız və ya qış aylarında Rusiyaya səfər etməyi, rusiyalı həmkarları ilə ticarət, sülh və münasibətlərin bərpasını müzakirə etməyi planlaşdırır.

Floridada Respublikaçılar Partiyasının ilkin seçkiləri avqustun sonlarında keçiriləcək. Aralıq seçkiləri isə noyabrın 3-nə təyin olunub.