60 mindən çox kanadalı ABŞ-nin Kanadadakı səfiri Pit Hoekstranı ölkənin daxili siyasi işlərinə müdaxilədə və iki ölkə arasındakı münasibətləri pozmaqda ittiham edərək onun ölkədən çıxarılması tələbi ilə petisiya imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb.

Kalqari sakini tərəfindən irəli sürülən ərizədə deyilir ki, Hoekstra dəfələrlə Kanadanın siyasi müzakirələrinə müdaxilə edib və ABŞ Prezidenti Donald Trampın Kanadanı ölkənin 51-ci ştatı kimi görmək təhdidlərinə haqq qazandırıb.

ABŞ səfirliyi BBC-yə petisiyadan xəbərdar olduqlarını bəyan etsə də, durumu şərh verməkdən imtina edib.