BAKI, 12 avqust. TELEQRAF
Ukrayna ordusu avqustun 12-nə keçən gecə Novorossiyskdə Rusiyanın dörd hərbi gəmisinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Ukrayna Müdafiə Qüvvələrinin bölmələri birgə əməliyyat çərçivəsində Rusiyanın Krasnodar diyarının Novorossiysk şəhərindəki hərbi dəniz bazasına zərbə endirib.
İlkin məlumata görə, hücum nəticəsində "Admiral Makarov" və "Admiral Essen" ferqatları, "Buyan-M" kiçik raket gəmisi,
"Vasil Bykov" patrul gəmisi sıradan çıxarılıb.