BAKI, 1 avqust. TELEQRAF
İran ABŞ-nin azı yeddi ştatının su təchizatı sistemlərinə kiberhücumlar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzetinin federal rəsmilərə istinadən məlumat yayıb.
Hücumların mənbəyi hələlik rəsmi olaraq təsdiqlənməyib. Qəzetin məlumatına görə, istintaq davam edir, lakin ABŞ hakimiyyəti hücumların arxasında İranla əlaqəli haker qruplarının ola biləcəyinə inanır.
Bazar və bazar ertəsi günləri Minnesotada da daxil olmaqla, 30-dan çox su sisteminə hücum edilib. Miçiqan hakimiyyəti də kiberhücumlar barədə məlumat yayıb.
ABŞ təhlükəsizlik xidmətlərinin daha əvvəl İranın mühüm infrastrukturu hədəf alan haker fəaliyyətləri barədə xəbərdarlıq etməsindən sonra İranla bağlı şübhələr artıb. FTB, ABŞ Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyi (CISA) və digər qurumlar birgə bəyanatda İranla əlaqəli qrupların su və çirkab sularının təmizlənməsi sistemlərini, eləcə də digər strateji əhəmiyyətli obyektləri hədəf aldığını bildiriblər.
Minnesota ştatının Braham şəhərinin meri Neyt Corc bildirib ki, FTB hücumun arxasında İran hakerlərinin olduğuna demək olar ki, əmindir, lakin hələlik bunu ictimaiyyətə açıqlamağa hazır deyil.