BAKI, 25 iyul. TELEQRAF

Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının davam etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi “Fars” agentliyinə bildirib.

O bildirib ki, husilər əməliyyatları genişləndirəcək.

Qeyd edək ki, husilər ötən gecə Cizan və Yanbu şəhərlərində yerləşən "Aramco" şirkətinin obyektlərinə qarşı iki hərbi əməliyyat keçirib.

“Bu əməliyyatlar Səudiyyə Ərəbistanının Hudeydə şəhəri və limanı, eləcə də Kəmaran adasına qarşı həyata keçirdiyi hücumlara cavab olaraq icra edilib", – deyə hərakatdan bildirilib.