BAKI, 25 iyul. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna münaqişəsinin nizamlanması üçün İstanbul razılaşmaları formuluna qayıtmağı təklif edib.

Teleqraf xəbər verir ki, Tokayev bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı qeyd edib.

"Bəlkə də artıq bu münaqişəni dondurmaq və İstanbul formulu 2.0-a qayıtmaq vaxtıdır. Çünki həmin danışıqlarda əhəmiyyətli nəticələr əldə olunmuşdu. Təbii ki, bu, Rusiya da daxil olmaqla böyük dövlətlərin təminatları altında həyata keçirilə bilər. Bundan sonra isə çoxdan gözlənilən sülhə doğru irəliləmək mümkündür", – Tokayev deyib.

Qeyd edək ki, Putin və Tokayev Rusiyanın Omsk şəhərində görüşüblər.