BAKI, 25 iyul. TELEQRAF
Suriyanın şərqində iki avtobusun toqquşduğu yol-nəqliyyat hadisəsində azı 35 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə SANA agentliyi məlumat verib.
Məlumata görə, qəza Deyr-əz-Zor və Dəməşq şəhərləri arasındakı magistral yolda baş verib.
Suriya Müdafiə Nazirliyi yaralıların Homsdakı hərbi hospitala daşınması üçün bir neçə helikopter ayırıb.
Qeyd edək ki, Bundan əvvəl agentlik 5 nəfərin həlak olduğunu və 37 nəfərin xəsarət aldığını bildirmişdi.