BAKI, 22 iyul. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Əli əs-Səlim aviabazası və Bubiyan adasındakı radiolokasiya sistemlərinə zərbələr endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın "Tasnim" agentliyi tərəfindən yayılan bəyanatında bildirilir.

Məlumata görə, "Nəsr-2" əməliyyatının 24-cü mərhələsi çərçivəsində erkən xəbərdarlıq radiolokasiya sistemi, Əli əs-Səlim aviabazası yaxınlığındakı taktiki radar kompleksi, həmçinin Bubiyan adasında yerləşən daha bir radiolokasiya sistemi vurularaq sıradan çıxarılıb.

Bununla belə, Küveyt hakimiyyəti ölkə ərazisindəki hərbi obyektlərə zərbələr endirilməsi ilə bağlı məlumatı hələlik təsdiqləməyib.