BAKI, 16 iyul. TELEQRAF

Qazaxıstan və Çin hökumətləri arasında 2027-2030-cu illər üçün ticarət və iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Sənəd Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və ÇXR sədri Si Cinpinin danışıqlarının yekunlarına əsasən imzalanıb.

Danışıqlar zamanı tərəflər Qazaxıstan-Çin strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi və ticarət-iqtisadi məsələlərdə əməkdaşlığı müzakirə ediblər.

Bundan əlavə, Tokayev iki ölkə arasında mədəni və humanitar əlaqələrin möhkəmləndiyini qeyd edib. O, bildirib ki, ötən il Qazaxıstana 1 milyondan çox Çin vətəndaşı səfər edib və hər iki ölkənin paytaxtlarında mədəniyyət mərkəzləri açılıb.