BAKI, 16 iyul. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin hərbi əməliyyatlarının ABŞ-nin Fars körfəzi regionundakı hücum xarakterli infrastrukturunun məhv edilməsinə yönəldiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın rəsmi nümayəndəsi general Hüseyn Möhibi açıqlama verib.
Generalın sözlərinə görə, ABŞ İranın hazırkı döyüş taktikasını qəbul etdirə biləcəyini düşünməməlidir.
“Düşmən ABŞ hesab etməməlidir ki, bizə mövcud döyüş taktikasını qəbul etdirə bilər. Hazırda İran qüvvələrinin əməliyyatları regiondakı ABŞ-ın hücum xarakterli infrastrukturuna zərbələr endirərək onu məhv etməyə yönəlib”, - deyə Möhibi bildirib.
SEPAH rəsmisi həmçinin vurğulayıb ki, Vaşinqton İranla qarşıdurmanı uzunmüddətli tükəndirmə müharibəsinə çevirməyə nail ola bilməyəcək.
İran və ABŞ arasında qarşılıqlı hücumlar fonunda regionda gərginlik yüksək səviyyədə qalmaqdadır.