BAKI, 14 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Fransada keçiriləcək G7 (Böyük Yeddilik) sammiti çərçivəsində ukraynalı həmkarı Volodimir Zelenski ilə ayrıca görüşü planlaşdırılmır.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, V.Zelenski iyunun 16-da G7 liderlərinin işçi görüşünə qoşulacaq. Həmin iclasda D.Tramp da iştirak edəcək, lakin iki prezident arasında təkbətək formatda ayrıca danışıqların aparılması hələlik gündəlikdə yoxdur.
Qeyd edək ki, G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Evian şəhərində keçiriləcək.