BAKI, 14 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampıcdoğum günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı təbrikdə Qazaxıstanın ABŞ ilə genişləndirilmiş strateji tərəfdaşlıq münasibətlərini gələcəkdə də möhkəmləndirmək niyyətində olduğunu vurğulayıb. O, həmçinin iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, eləcə də ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlığın müsbət inkişaf dinamikasını xüsusi qeyd edib.
Tokayev Qazaxıstanın dünyada sülhün qorunması, qarşılıqlı anlaşmanın gücləndirilməsi və dayanıqlı inkişaf təşəbbüslərinin irəli aparılması istiqamətində Vaşinqtonla birgə fəaliyyəti davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.