BAKI, 14 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının D qrupunda keçirilən Avstraliya – Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu ada Avstraliya millisinin yarımmüdafiəçisi Nestori İrankunda layiq görülüb.

20 yaşlı oyunçu Vankuverdəki “BC Place” stadionunda baş tutan görüşün 27-ci dəqiqəsində komandasının ilk qolunu vurub və qələbədə mühüm pay sahibi olub.

Qeyd edək ki, qarşılaşma Avstraliya yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.