BAKI, 10 iyun. TELEQRAF
Kuba Quantanamo körfəzində yerləşən ABŞ hərbi bazasına və ya ərazisinə çata biləcək silahlar əldə etməyə cəhd etməməlidir.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi Baş Komandanın ölkə vətəndaşlarını qorumaq üçün verdiyi bütün qərarlara hazırdır.
"Kuba hökumətinin bu bazaya və ya ABŞ ərazisinə çata biləcək silahlar əldə etməyə cəhd etməsi ağılsızlıq olardı", – Heqset qeyd edib.