BAKI, 10 iyun. TELEQRAF
ABŞ İran nefti ilə bağlı gizli əməliyyatlar həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Milyonlarla barel neft götürdüyümüzü bilirdinizmi? Bunu heç kim bilmir. İran isə indiyədək bundan xəbərsiz idi. Bu yaxınlarda 22 gəmi götürdük. Gecə vaxtı, elektriksiz qaldıq. Ərazidə radar olmadığı üçün onu bombaladıq. Buna görə də neftin bir bareli 85 dollardır”, – Tramp deyib.
ABŞ Prezidenti əlavə edib ki, əməliyyatlar davam edib və hər gecə milyonlarla barel neftin götürüldüyünü bildirib.
“Yenə də milyonlarla neft götürürük. Mən bunu ilk dəfə elan edirəm. Bunu ona görə deyirəm ki, onlar artıq nə baş verdiyini anlayıblar”, – o qeyd edib.