BAKI, 10 iyun. TELEQRAF

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə XİN Mətbuat xidməti məlumat yayıb.

"Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk" - məlumatda qeyd olunur.

Qeyd edək ki, iyunun 5-də Azov dənizində "Natra" və "Zirkon" yük gəmilərində dron hücumları olub. Nəticəsə 25 nəfər Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4-ü isə həlak olub.