BAKI, 10 iyun. TELEQRAF

Bakı Şəhər İcra Hakimiyyətinin strukturu təkmilləşdirilir.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” fərmanında əksini tapıb.

Nazirlər Kabineti üç ay müddətində aşağıdakı büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir:

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti;

- Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi;