BAKI, 9 iyun. TELEQRAF
İsrail ordusu ölkənin cənubunda hava məkanına daxil olan şübhəli uçuş aparatının zərərsizləşdirildiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insident Qırmızı dəniz sahilində yerləşən Eylat şəhəri yaxınlığında qeydə alınıb. Mümkün hücum təhlükəsi səbəbindən bölgədə hava həyəcanı elan edilib.
Ordunun açıqlamasında qeyd olunur ki, pilotsuz uçuş aparatı Yəmən ərazisindən buraxılıb. İsrail hərbçiləri “şübhəli hava hədəfinin” uğurla məhv edildiyini bildiriblər.
Hadisə nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.