BAKI, 8 iyun. TELEQRAF
Çexiyanın hərbi pilotu Aleş Svoboda 2027-ci ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçacaq.
Teleqraf xəbər verir ki, bu açıqlama ilə Çexiya Baş naziri Andrey Babiş çıxış edib.
"Bütün hazırlıq prosesi uğurla başa çatarsa, Aleş Svoboda 2027-ci ildə tarixə ilk çex astronavtı kimi düşəcək", - Babiş "Irozhlas" xəbər portalına bildirib.
Çexiyalı astronavtın iştirak etdiyi kosmik missiyanın 2027-ci ilin ikinci yarısında baş tutacağı gözlənilir.
Bu, Avropa Kosmik Agentliyi (ESA) ilə BKS-yə uçuşlar təşkil edən Amerika şirkəti "Vast" arasında müqavilənin imzalanmasından sonra mümkün olub.
40 yaşlı Aleş Svobodanın Beynəlxalq Kosmik Stansiyasında təxminən iki həftə qalması planlaşdırılır. O, çex alimləri adından elmi təcrübələr aparacaq.
Qeyd edək ki, ilk çexoslovakiyalı kosmonavt Vladimir Remek olub. Beynəlxalq "İnterkosmos" proqramının bir hissəsi olaraq, o, 1978-ci il martın 2-dən 10-dək tədqiqatçı kosmonavt kimi "Soyuz-28" kosmik gəmisində ekipaj komandiri Aleksey Qubarevlə birlikdə kosmosa uçub.
Ekipaj "Salyut-6" orbital stansiyasında çalışırdı.
Remek kosmosda SSRİ və ya ABŞ vətəndaşı olmayan ilk insan idi.