BAKI, 8 iyun. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (SAXAL) İran ərazisindən buraxılan bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Bildirilib ki, İran tərəfindən həyata keçirilən raket hücumu tam şəkildə dəf edilib və bütün hava hədəfləri zərərsizləşdirilib.
“İsrail Müdafiə Qüvvələri bu günə qədər İrandan buraxılan bütün raketləri ələ keçirib”, - deyə məlumatda qeyd olunub.
İsrail hərbçilərinin iddiasına görə, hücum ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla qarşılanıb və raketlər hədəflərinə çatmayıb.
Qeyd edək ki, daha əvvəl İsrail ordusu İran ərazisindən ölkənin şimal bölgələrinə doğru iki raket yaylımının həyata keçirildiyini bildirmişdi.