İranın hava hücumundan müdafiə sistemləri Hörmüz boğazında yerləşən Qeşm adası yaxınlığında pilotsuz təyyarəni məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb .

Daha əvvəl "Mehr" xəbər agentliyi ada ərazisində hava hücumundan müdafiə sistemlərinin işə salındığını bildirmişdi .