BAKI, 27 may. TELEQRAF

Çin xarici işlər naziri Van İ ABŞ və İran arasında mümkün razılaşmanın legitimlik qazanması üçün BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Van İ bu barədə BMT-nin mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Biz hesab edirik ki, razılaşma əldə olunacağı təqdirdə, onun legitimlik və nüfuz qazanması üçün BMT Təhlükəsizlik Şurasının təsdiqinə təqdim edilməsi vacibdir”, - deyə Çin XİN başçısı vurğulayıb.

Van İ qeyd edib ki, vəziyyətin nizamlanmasında əsas amil ABŞ və İran arasında aparılan danışıqlardır.

Nazir həmçinin Çinin Pakistan və digər ölkələrin vasitəçilik səylərini dəstəklədiyini bildirib. O, tərəflərin atəşkəs kursuna sadiq qalacağına və qarşılıqlı addımlar ataraq yaxınlaşmağa davam edəcəyinə ümid etdiyini deyib.