BAKI, 23 may. TELEQRAF

Hizbullah bölmələri İsrailin şimalında raket əleyhinə platformalara hücumda pilotsuz uçuş aparatlarından istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında dərc olunmuş bəyanatda bildirilib.

Mətndə deyilir ki, Hizbullah qüvvələri Qərbi Qalileyanın Biranit sərhəd yaşayış məntəqəsində yerləşən iki Dəmir Günbəz raketdən müdafiə sistemi qurğusunu vurub. Zərbələr "Ababil" dronlarından istifadə edilməklə həyata keçirilib. Dəqiq zərbə qeydə alınıb və düşmənə ziyan dəyib.

Hizbullah döyüşçüləri tərəfindən buraxılan dronlar əvvəllər Avivim, Ma'ale Golani, Ramim və Ramot Naftali yaşayış məntəqələrindəki hərbi düşərgələrə də hücum edib.