BAKI, 22 may. TELEQRAF

ABŞ administrasiyası hesab edir ki, Britaniya və Fransa donanmaları Hörmüz boğazında minaların təmizlənməsində iştirak edə bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

"Tutaq ki, İran boğazları açmaq qərarına gəlir və deyir ki, yaxşı, biz artıq insanlara atəş açmayacağıq. Amma yenə də kimsə ora gedib həmin minaları təmizləməli olacaq və bu ölkələrin bəzilərində çoxlu minaaxtaran var, ona görə də onlar əsas rol oynaya bilərlər. Düşünürəm ki, Britaniya və Fransanın tətbiq etdiyi mexanizmin faydalılığı da buradadır", - deyə Rubio qeyd edib.

"The Wall Street Journal" qəzeti əvvəllər Avropanın ABŞ-nin iştirakı olmadan Hörmüz boğazına nəzarət etmək planı üzərində işlədiyini yazmışdı. Qəzet Avropa planının üç əsas məqsədini qeyd etmişdi: boğazdan keçən logistika yollarının bərpası, mina təmizləmə əməliyyatının aparılması və ticarət gəmiləri üçün hərbi müşayiətin təmin edilməsi.