BAKI, 22 may. TELEQRAF

Fars körfəzi bölgəsində üzən Boliviya bayraqlı iki gəmi ilə əlaqə itib.

Teleqraf” xəbər verir ki, bu barədə İraq Dəniz Limanları Baş Şirkəti məlumat yayıb.

Bildirilib ki, İraqın ərazi sularında fəaliyyət göstərən dəniz idarələri və axtarış-xilasetmə mərkəzləri həmin gəmilərdən heç bir qəza və ya təhlükə siqnalı almayıb.

Şirkətin açıqlamasında qeyd olunub ki, sözügedən gəmilər İraq ərazi sularına daxil olmayıb.

Məlumata görə, Fars körfəzi zonasında yerləşən bir neçə limanın təhlükəsizlik qurumlarından və gəmilərin sahiblərindən əlaqənin kəsilməsi ilə bağlı məlumat və yardım sorğuları daxil olub.

İraq Dəniz Limanları Baş Şirkəti hazırda gəmilərin yerləşdiyi məkan barədə məlumatın olmadığını bildirib. Bununla yanaşı, region ölkələrinin axtarış-xilasetmə xidmətləri ilə koordinasiyalı şəkildə monitorinq əməliyyatlarının davam etdirildiyi vurğulanıb.