BAKI, 22 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini bəyan edib.

Teleqraf” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, Polşanın hazırkı Prezidenti Karol Navrotskinin seçkilərdə qalib gəlməsi və onunla münasibətləri nəzərə alınaraq belə qərar qəbul olunub.

“Qürur duyuram ki, Karol Navrotskini dəstəkləmişəm. Onun seçkilərdə uğur qazanmasını və aramızdakı münasibətləri nəzərə alaraq ABŞ-nin Polşaya əlavə 5 min hərbçi göndərəcəyini elan etməkdən məmnunam”, - Tramp qeyd edib.