Hazırda amerikalıların 60 faizdən çoxu İranla müharibəyə qarşıdır, bu rəqəm ötən ay 55 faiz idi.
Teleqraf xəbər verir ki, bunu "Fox News"un keçirdiyi sorğunun nəticələri göstərir.
Respondentlərin dörddə üçündən çoxu iqtisadi vəziyyətin pis olduğunu bildirib: 77 faizi vəziyyəti pis adlandırıb, halbuki ötən ay bu rəqəm 73 faiz, bir il əvvəl isə 71 faiz olub.
Trampın iqtisadi siyasətini bəyənməyənlərin sayı da kəskin şəkildə artaraq bir il əvvəlki 56%-dən 71%-ə çatıb. Prezidentin ümumi reytinqi azalmaqda davam edir və amerikalıların 61%-i onun göstəricilərini bəyənmədiyini bildirib.