BAKI, 21 may. TELEQRAF

ABŞ şiə təşkilatı Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə "Əl-Cəzirə"yə bildirib.

"Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər" - deyə, məlumatda qeyd olunur.

Sanksiyalara 8 Livan vətəndaşı və 1İran diplomatı məruz qalacaq.

Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.