İran qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək və ABŞ ilə dialoq təslim olmaq demək deyil.

Teleqraf xəbr verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib.

İran Prezidenti X-də yazıb: "Dialoq təslim olmaq demək deyil. İran İslam Respublikası heç vaxt xalqın və ölkənin qanuni hüquqlarından geri çəkilməyəcək. Biz xalqa xidmət edəcək və İranın maraqlarını və ləyaqətini bütün gücümüzlə müdafiə edəcəyik".