BAKI, 18 may. TELEQRAF
Tramp administrasiyası hindistanlı milyarder Qautam Adani tərəfindən təsis edilən şirkəti İrana qarşı sanksiyaları pozduğu üçün 275 milyon dollar cərimələyib.
Teleqraf xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Adani Enterprises Limited şirkətinin 2023-cü ilin noyabrından 2025-ci ilin iyun ayına qədər Dubayda yerləşən bir brokerdən 191 milyon dollarlıq mayeləşdirilmiş neft qazı aldığını və enerji daşıyıcısının İran mənşəli ola biləcəyini göstərən "təhlükəli bayraqları" görməzdən gəldiyini açıqlaylb.
Maliyyə Nazirliyinin rəsmiləri iddia edir ki, Adaninin şirkəti gəmiləri lazımi qaydada yoxlamadan keçirib və idxal olunan maye qazın İran mənşəli ola biləcəyi barədə xəbərdarlıqları qulaqardına vuraraq "ehtiyatsızlıq göstərib".