BAKI, 18 may. TELEQRAF
İranla bağlı münaqişənin qlobal iqtisadiyyata vurduğu fəsadlar hələlik dəqiq qiymətləndirilə bilmir. Amma nəticələrin dağıdıcı olduğu aydındır.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib ki, dünyanı sunami kimi bürüyən şok dalğasının yaratdığı dağıntıların miqyası hələ dəqiq qiymətləndirilə bilmir: "Daha da narahatedici məqam isə bu vəziyyətin spekulyasiyaya əsaslanan qlobal iqtisadiyyat və bazar manipulyasiyasına əsaslanan mənfəət sistemi yaratmasıdır. Lakin İrana gəldikdə, vəziyyət məqbul həddi aşıb və qlobal iqtisadi rifah baxımından dağıdıcı miqyaslar qazanıb".