BAKI, 18 may. TELEQRAF

Pakistanın Baş naziri Şahbaz Şərif Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani ilə telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.

Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparıblar.