BAKI, 18 may. TELEQRAF

ABŞ-Kanada Daimi Birgə Müdafiə Şurası fəaliyyətini dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ tərəfi qərar qəbul edib.

ABŞ Siyasi məsələlər üzrə hərbi katibinin müavini Elbric Kolbi X sosial şəbəkəsində bildirib ki, Kanada müdafiə öhdəlikləri üzrə etibarlı irəliləyiş əldə edə bilməyib: "Bu səbəbdən ABŞ Hərbi Nazirliyi Daimi Birgə Müdafiə Şurasının işini dayandırır".

Qeyd edək ki, Şura 1940-cı ildə ABŞ və Kanada tərəfindən yaradılıb. Bu, həm hərbi, həm də mülki üzvlərdən ibarət qurumlararası məsləhət orqanıdır. Şura ildə iki dəfə yığışırdı.