Kuba prezidenti Miguel Diaz-Kanel bildirib ki, ABŞ-nin ölkəyə hər hansı hərbi müdaxiləsi regionda sülh və sabitlik üçün gözlənilməz nəticələrə səbəb olacaq qanlı qırğınla nəticələnəcək.
Teleqraf xəbər verir ki, Diaz-Kanel X sosial şəbəkəsindəki paylaşımında "Kuba təhlükə yaratmır" başlıqlı açıqlama yayıb.
Daha öncə "Axios" Kubanın 300-dən çox hərbi dron əldə etdiyini və onlardan ABŞ-nin Quantanamo körfəzindəki hərbi dəniz bazasına, gəmilərinə və Florida ştatının Ki-Uest şəhərinə qarşı istifadə planı hazırladığına dair məlumat yayıb.
Kubanın xarici işlər naziri Bruno Rodrigez bildirib ki, dünyanın istənilən dövləti kimi, Havananın da BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə hüququ var.