BAKI, 18 may. TELEQRAF

Almaniya silahlı qüvvələri İran ətrafındakı gərginlik fonunda Türkiyənin cənub-şərqində Patriot hava hücumundan müdafiə raket sistemləri yerləşdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu il iyunun sonundan sentyabr ayına qədər hava hücumundan müdafiə sistemləri və təxminən 150 hərbçinin Türkiyədə yerləşdirilməsi planlaşdırılır.

Onlar oradakı ABŞ ordusu bölməsini əvəz edəcək.

"Almaniya NATO daxilində daha böyük məsuliyyəti öz üzərinə götürür. Biz bunu şərq cinahında, şimalda və indi də NATO-nun Türkiyədəki cənub-şərq cinahında edirik", - deyə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Bundesver Patriotları sonuncu dəfə 2013-cü ildən 2015-ci ilə qədər Türkiyəyə NATO-nun Suriya sərhədindən təxminən 120 km məsafədə yerləşən Qəhrəmanmaraş şəhəri yaxınlığındakı Aktiv Hasar missiyasının bir hissəsi olaraq yerləşdirilib.