Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarlarının sürgün edilməsinin 82-ci ildönümü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, Prezident Ərdoğanın paylaşımında qeyd olunur.
"82 il əvvəl vətənlərindən sürgün edilən Krım-tatar türk qardaş və bacılarımızın böyük itkilərini kədərlə anır və sürgün zamanı şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyirik. Bütün Krım qardaş və bacılarımızın ağrısını ürəkdən bölüşür və hər birinə dərin hüznlə başsağlığı veririk. Unutmamalıyıq ki, Türkiyə və Türk milləti olaraq Krım qardaş və bacılarımızın yanında olmağa və onların hüquqlarını beynəlxalq aləmdə müdafiə etməyə davam edəcəyik".
Xatırladaq ki, SSRİ rəhbərliyinin qərarı ilə 18–20 may 1944-cü ildə 400 mindən çox tatar Krımdan sürgün edilib. Bu hadisə etnik təmizləmə və ya mədəni soyqırım kimi qiymətləndirilir. Bu etnik təmizləmə İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi və gizli polisinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilib. Üç gün ərzində yüzminlərlə tatar Krımdan Özbəkistana sürgün edilib.