BAKI, 18 may. TELEQRAF
Avropa Birliyindən əsas gözləntimiz Türkiyə ilə münasibətlərin və AB-yə üzvlük prosesimizin siyasi motivlərdən asılı olmayaraq həyata keçirilməsidir.
Teleqraf xəbər verir ki, bu açıqlama ilə Almaniyada səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan çıxış edib.
Onun sözlərinə görə, dövrün ruhu Türkiyə-AB münasibətlərinə daha real, strateji və nəticəyönümlü yanaşma tələb edir:
"Qeyri-qanuni miqrasiya ilə mübarizədən və regional təhlükəsizlikdən tutmuş enerji dəhlizlərinə və terrorizmə qarşı mübarizəyə qədər bir çox məsələlərdə güclü əməkdaşlığa ehtiyacımız var".