BAKI, 18 may. TELEQRAF
Litva Avropa Birliyinin Şərq Cəbhəsində Mühafizə layihəsi çərçivəsində Rusiya ilə sərhəddə mina sahəsi yaratmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin rəhbəri Robertas Kaunas bildirib.
"İdeya sərhəd boyunca çəkindirici qüvvələr yaratmaqdır. Əgər çəkindirmə uğursuz olarsa, müdafiə vasitələrindən də istifadə oluna bilər. Buraya etibarlı müdafiə xətti, tank əleyhinə silahlarla təchiz olunmuş xətlər, piyada hərəkatına qarşı minalar və sair daxildir", - Litva Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək edək ki, Şərq Cəbhəsində Mühafizə 2025-ci ilin payızında yaradılıb.