BAKI, 7 may. TELEQRAF

İran parlamentinin sədri və ölkənin danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-nin qeyri-rəsmi olaraq “Mənə inan, qardaş” adlandırılan əməliyyatının tam uğursuzluğa düçar olduğunu bildirib.

Teleqraf xəbər verir ki, iranlı siyasətçi bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“İndi yenidən gündəlik rejimə və “Fauxios” əməliyyatına qayıdırıq”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Project Freedom” əməliyyatının dayandırıldığını və Hörmüz boğazı ətrafındakı blokadanın hələlik qüvvədə qalacağını açıqlamışdı.