BAKI, 6 may. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Livanda Məryəm ananın heykəlinə siqaret bağlayan əsgərin hərəkətlərini qınayıb.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin yaydığı açıqlamada deyilir: "Biz bu hadisəni son dərəcə ciddi hesab edir və əsgərin davranışını dəyərlərə tamamilə zidd olduğunu vurğulayırıq. İlkin araşdırma fotonun bir neçə həftə əvvəl çəkildiyini göstərir. Hadisə araşdırılacaq və əsgərə qarşı tədbir görüləcək".
İsrail ordusu bəyan edib ki, onlar bütün dinlərin və icmaların dini simvollarına hörmətlə yanaşır: "İsrail ordusu Hizbullah tərəfindən Livanın cənubunda yaradılan terror infrastrukturunu məhv etmək üçün hərəkətə keçir, dini binalar və ya dini simvollar da daxil olmaqla mülki infrastruktura zərər vurmaq niyyətində deyil".