BAKI, 7 may. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAK) Livanda Məryəm ananın heykəlinə siqaret yerləşdirən hərbçinin davranışını pisləyib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, hərbçinin hərəkəti şəxsi heyətdən gözlənilən dəyərlərə ziddir və hadisə olduqca ciddi insident kimi qiymətləndirilir.

Açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılacaq və nəticələrə uyğun olaraq əsgər barədə tədbir görüləcək.