BAKI, 7 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasının yeni antiterror strategiyasında Avropaya nəzarətsiz kütləvi miqrasiyanın terrorçuların daşınması üçün əlverişli kanala çevrildiyi bildirilib.

Teleqraf xəbər verir ki, sənəddə “Nəzarətsiz kütləvi miqrasiya terrorçuların ötürülməsi kanalına çevrilib” ifadəsi yer alıb.

Donald Tramp həmçinin Avropa ölkələri rəhbərlərinin enerji və miqrasiya siyasəti ilə bağlı mövcud yanaşmalarını region üçün dağıdıcı hesab etdiyini bildirib.

Məlumata görə, 2025-ci ildə Avropa İttifaqında miqrantların sayı rekord həddə - 64 milyona çatıb.

Bu göstərici Danimarkanın qeyri-kommersiya “Rockwool” fondunun Berlin şöbəsinin hesabatında əks olunub.