ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişəyə son qoymaq barədə memorandumun bir həftə ərzində imzalanacağını gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə Amerika lideri "Fox News"a bildirib.
Daha əvvəl "Axios" nəşri Vaşinqton və Tehranın silahlı münaqişəyə son qoymaqla bağlı bir səhifəlik memorandum imzalamağa yaxın olduqlarını bildirmişdi. Məlumata görə, ABŞ tərəfi İranın münaqişəyə son qoymaq üçün təkliflərinə 48 saat ərzində cavab verməsini gözləyir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Baghai bildirib ki, İran hələ də ABŞ-nin təkliflərini nəzərdən keçirir və cavabını daha sonra Pakistana bildirəcək.