BAKI, 7 may. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohan Vadeful Avropa İttifaqında (Aİ) islahatlar aparmaq üçün altı bəndlik plan təqdim edib.

Teleqraf xəbər verir ki, sənəddə Aİ-nin, xüsusən də xarici siyasət və təhlükəsizlik sahələrində daha effektiv olması üçün genişmiqyaslı islahatlar nəzərdə tutulub.

Vadeful Konrad Adenauer Fondunun təşkil etdiyi tədbirdə çıxış edərkən bildirib: "Biz Brüsseldəki "intensivləşdirilmiş əməkdaşlıq" mexanizmindən daha tez-tez istifadə etmək istəyirik. Bu o deməkdir ki, bütün 27 üzv dövlətin birgə irəliləyişinin yaxın gələcəkdə əldə edilə bilməyəcəyi siyasi sahələrdə biz kiçik bir qrup ölkələr kimi irəliləyəcəyik".