BAKI, 6 may. TELEQRAF

Şiə təşkilatı Hizbullahın yüksək rütbəli hərbi lideri Malek Ballout İsrailin Beyrutun Haret Horeik məhəlləsinə endirdiyi hava zərbəsi nəticəsində həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə adı açıqlanmayan Hizbullah sözçüsü " Əl-Cədid" televiziyasına bildirib.

"Hizbullah Radvan xüsusi təyinatlı qüvvələrinin hərbi əməliyyatlarına komandanlıq edən Ballutanın ölümünə yas tutur" - məlumatda qeyd olunur.