BAKI, 7 may. TELEQRAF

Başlıq:

Teleqraf xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi ilə “Scale AI” şirkəti arasında süni intellekt texnologiyalarının tətbiqi üçün 500 milyon dollarlıq müqavilə imzalanıb.

İlkin mənbəyə istinadən xəbər verilir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Pentaqon hesab edir ki, şirkətlə əməkdaşlıq məlumatların emalı və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsinə kömək edəcək.

Agentlik qeyd edib ki, bu müqavilənin məbləği “Scale AI”nin 2025-ci ilin sentyabrında Pentaqondan aldığı əvvəlki müqavilədən beş dəfə çoxdur.

Şirkətin dövlət sektoru ilə iş üzrə rəhbəri Den Tadross bildirib ki, yeni müqavilə ABŞ Müdafiə Nazirliyinin bu texnologiyanı tətbiq etməkdə maraqlı olduğunu göstərir.

“Bloomberg” xatırladıb ki, ABŞ müdafiə naziri Pit Heqset yanvar ayında süni intellekt əsaslı alətlərin daha geniş tətbiq ediləcəyini və bu sahədə bürokratik maneələrin aradan qaldırılacağını açıqlamışdı.