BAKI, 5 may. TELEQRAF

Mayın 5-də Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Artur Sarkisyana etiraz notası təqdim edib.

Teleqraf xəbər verir ki, Belarus Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Ermənistan tərəfinin son qeyri-dost hərəkətləri ilə əlaqədar olaraq erməni diplomata sərt etiraz bildirilib və müvafiq nota təqdim edilib".