BAKI, 27 aprel. TELEQRAF

Fransa humanitar məqsədlərlə Kiprə qoşun göndərəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kipr Prezidenti Nikos Xristodulidis məlumat verib.

Kipr hökumətinin saytında yer alan bəyanatda qeyd olunub ki, tərəflər arasında müvafiq razılaşma yaxın vaxtlarda rəsmiləşdiriləcək:

"İyun ayında nazirlər səviyyəsində saziş imzalanacaq. Sənəd Fransa qoşunlarının müstəsna olaraq humanitar məqsədlərlə Kipr ərazisində yerləşdirilməsini nəzərdə tutur".